“Təxminən 40-50 azarkeş olacaq” - “Sumqayıt”ın vəziyyəti necədi?

31.07.2024 18:08 340
Manşet / Konfrans Liqası
Bilindiyi kimi, “Sumqayıt” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Fehervar”la cavab görüşünə çıxacaq.

“Football-plus.az” xəbər verir ki, ilk oyunda Macarıstan təmsilçisinə 1:2 uduzan Samir Abasovun yetirmələri mərhələ adlamaq üçün bütün qüvvəsini ortaya qoyacaq. Görəsən, komandanın düşərgəsində ab-hava necədi? Macarıstan səfərində “kimyaçılar”ı dəstəkləyən azarkeşlər olacaqmı? Eyni zamanda, İsa Sulimandan başqa sıradan çıxan futbolçu varmı? “Football-plus.az” bütün bu suallarla bağlı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxlayıb:
“Komandada ab-hava yaxşıdı. Əlavə zədəlimiz yoxdu. Təxminən 40-50 nəfər arası azarkeş olacaq”.

Qeyd edək ki, Sumqayıtda keçirilən ilk matçda “qırmızı” alan Murad Xaçayev cəzalı olsa da, komanda ilə birlikdədi.

KAMAL SƏFƏR