“Football-plus.az” xəbər verir ki, “bayquşlar” dünən oyunöncəsi son məşqə çıxıb. İrlandiyada olan komandanın son durumunu, ab-havanı öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. “Sabah” rəsmisindən eyni zamanda hər hansı zədəli olub-olmadığını və tribunada komandaya dəstəkləyəcək azarkeşlər olub-olmayacağını soruşduq:
“Kollektivdə ab-hava yaxşıdı. Komandanı Dublində 20-yə yaxın həmvətənimiz dəstəkləyəcək. Ayaz Quliyevlə Vinsent Tildən başqa zədəlimiz yoxdu. Anatoli Nuriyev isə məşqlərdə iştirak edir. Lakin oyunda iştirak edib-etməyəcəyi məşqçilərin rəyindən asılıdı”.
Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.
KAMAL SƏFƏR






