"Bakı Sportinq" iki serbiyalı oyunçu transfer etdi

12.08.2024 15:15 325
Ölkə futbolu
Yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Bakı Sportinq" heyətini iki legionerlə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Luka Stevanoviçlə 1 illik müqavilə imzalanıb. 26 yaşlı sebiyalı yarımmüdafiəçi sonuncu dəfə Serbiyanın “Hayduk 1912” klubunda çıxış edib.

"Bakı Sportinq" Uroş Jemoviçi də transfer edib. 23 yaşlı serbiyalı hücumçu ilə imzalanan müqavilənin müddəti 1 illikdir. Jemoviçin son klubu Serbiyanın “Dunav Prohovo” klubu olub.