"Araz-Naxçıvan"ın qarşılaşacağı komandalar bilindi - Çempionlar Liqası

4.07.2024 16:46 338
İdman
"Araz-Naxçıvan" komandasının futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

"Football-plus.az"xəbər verir ki, ölkə çempionu “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klublarına rəqib olub.

H qrupunun oyunları İsveçdə keçiriləcək.

Qeyd edək ki, matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.