Azərbaycan klubunun baş məşqçisi bəlli oldu

25.07.2024 16:32 425
Aktual / İdman
Ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” baş məşqçi Vitali Borisovla yeni anlaşma əldə edib.

Bu barədə “Football-plus.az”a mütəxəssis özü məlumat verib. Onun sözlərinə görə, Muxtar Respublika təmsilçisiylə birillik müqavilə imzalayıb. Həm də yığmanın baş məşqçisi olan Borisov komandanın 2-3 gün sonra təlim-məşq toplanışına başlayacağını deyib.

Qeyd edək ki, “qırmızı-ağlar” Çempionlar Liqasının H qrupunda “Uddevalla” (İsveç), “Sparta” ( Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klublarıyla qarşılaşacaq. Oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq.

KƏNAN BAHADIR