Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib.
05.08.2023-cü il tarixində Misli premyer -liqasının 1-ci turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
06.08.2023-cü il tarixində Misli premyer -liqasının 1-ci turunun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
06.08.2023-cü il tarixində Misli premyer -liqasının 1-ci turunun “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
06.08.2023-cü il tarixində Misli premyer -liqasının 1-ci turunun “Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilir (maddə 77.1);
07.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 1-ci turunun “Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 77.1);
07.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 1-ci turunun “Kəpəz-2” – “Neftçi-2” oyununda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilir (maddə 98.1)
07.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 1-ci turunun “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
07.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 1-ci turunun “Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanır, komanda 150 manat cərimə edilir (maddə 40.1);
07.08.2023-cü il tarixində Əvəzedicilər liqasının 1-ci turunun “Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusun sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).