PSJ heyətinə daha bir yeni futbolçu qatıb.
Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, “Renn”dən Dezire Duenin gözlənilən keçidi reallaşıb.19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm Liqa 1-də 31 matçda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.