"Sabah"ın futbolçusu milliyə çağırıldı

3.09.2023 17:52 232
Premyer-liqa
"Sabah"ın daha bir futbolçusu milliyə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, Jarl Marqarita Kurasao yığmasına çağırılıb. Kurasao millisi KONKAKAF Millətlər Liqası çərçivəsində sentyabrın 8-də Trinidad və Tobaqo, sentyabrın 11-də isə Martinika ilə qarşılaşacaq.