"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi

30.08.2023 11:13 209
Ölkə futbolu
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, monteneqrolu AÇ-2024-ün seçmə mərhələsində Litva və Bolqarıstanla oyunlar üçün milliyə kömək edəcək.

Monteneqro sentyabrın 7-də Litva ilə səfərdə, üç gün sonra Bolqarıstanla evdə qarşılaşacaq.