“Hünərimiz var Berdıyevlə tarix yazmağa” – zirvədən mesaj

19.08.2024 16:50 803
Aktual / Ölkə futbolu
Premyer-liqanın 3-cü turu Qərb derbisi ilə əlamətdar oldu.

“Kəpəz”i darmadağın edən “Turan Tovuz” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Deyəsən, tovuzlu azarkeşlərin avrokubok arzusu, nəhayət, çin olacaq. Klubla azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevin bununla bağlı “Football-plus.az”a danışdı:

“Zirvədə olmaq bizi sevindirir. Çox gözəl hissdi. İnanırıq ki, mövsümün sonunda komandamızı Avropa turnirlərində görəcəyik. Hünərimiz var Berdıyevlə tarix yazmağa”.

RÖYANƏ OĞUZ