Görəsən, yerli azarkeşlərinin komandanın cari mövsümdəki çıxışına münasibəti necədi? “Turan Tovuz” avrokuboklara vəsiqə uğrunda mübarizəyə dönə bilər, yoxsa indiki yerindən razısız?
Klubla azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevin “Football-plus.az”a dedikləri:
“Komandamızın çıxışından məmnunuq. Yeni yığılmış heyətdi. Gələcəkdə bunun bəhrəsini görəcəyik. Əsas olan təməlimizi möhkəm və sağlam qurmaqdı. Komandamız avrokuboklara vəsiqə qazansa, sevinərik. Qazanmasa da, həmişəki kimi komandamızın yanındayıq. Ayxan müəllimə və rəhbərliyimizə inanırıq”.
ƏSƏD SEYİDOV






