ABŞ klubunu tərk etdi

17.08.2024 13:11 294
Dünya futbolu
Cerdan Şakiri “Çikaqo Fayr”dakı işini itirib.

ABŞ klubu İsveçrə millisinin yarımmüdafiəçisi ilə yolları ayırıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, 32 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

Şakiri Çikaqo klubuna 2022-ci ilin fevralında transfer olmuşdu. O, MLS-in cari mövsümündə 12 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.