“Neftçi” Pato ilə vidalaşdı

16.02.2023 23:30 277
Premyer-liqa
"Neftçi" Gilyerme Pato ilə yolları ayırıb.

Bu haqda paytaxt klubunun rəsmi saytı xəbər yayıb. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2022-ci ilin yanvarında transfer olunan 22 yaşlı vinger bu müddətdə 32 rəsmi oyunda 2 qol vurub. Onun ölkəsinin "Fiqeyrense" klubuna keçəcəyi gözlənilir.