Cəlalın komandası uduzdu

16.08.2024 23:33 289
Ölkə futbolu
Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, onun çıxış etdiyi "Arda" turnirin 5-ci turunda səfərdə "Spartak"ın qonağı olub. Həmyerlimizin start heyətində meydana çıxdığı oyunda komandası 0:1 hesabı ilə məğlub olub. O, fasilədə əvəzlənib.

Qeyd edək ki, "Arda" 5 görüş keçirib, 3-də uduzub, 2-də qələbə qazanıb.