Cəlal oynadı, komandası məğlub oldu

21.07.2024 15:39 324
Dünya futbolu
Bolqarıstan çempionatında 2024/25 mövsümünə start verilib.

“Football-plus.az” xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” ilk turda “Lokomotiv” səfərinə yollanıb. Görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Cəlal da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.