“Çelsi” Levi Kolvillə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, London klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı mərkəz müdafiəçisi “6+1 il”lik müqavilə imzalayıb.
İngiltərəli müdafiəçi ötən mövsüm icarə əsasında “Brayton”da çıxış edib. Levi İngiltərə premyer-liqasında 17 oyun keçirib və 2 məhsuldar ötürmə edib.