“Tottenhem” gənc oyunçusunu qorudu

21.04.2022 21:36 604
Dünya futbolu
“Tottenhem” başqa klubların hədəfində olan gənc oyunçusunu qoruyub.

Yarımmüdafiəçi Oliver Skipplə yeni müqavilə imzalanıb. London klubunun saytının yaydığı xəbərə görə, 21 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Skipp bu mövsüm bütün turnirlərdə 28 matçda iştirak edib.