“Yuventus”un təklifini geri çevirdi

8.02.2024 22:35 165
Dünya futbolu
Voytsex Şçensnı klubundan aldığı yeni təklifi geri çevirib.

"Football-plus.az" xəbər verir ki, “Yuventus” rəhbərliyi ona məvacibi azaldılmaq şərti ilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib. Lakin polşalı qapıçı bu şərtləri qəbul etməyib.

33 yaşlı futbolçu İtaliya klubunda 2017-ci ildən çıxış edir. Onun müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.