“Milan” heyətinə növbəti oyunçunu cəlb edib.
İtaliya nəhəngi “Tottenhem”in müdafiəçisi Emerson Royalı transfer edib. Tərəflər arasında imzalanan müqavilənin müddəti “4+1 il” sxemi üzrə rəsmiləşib. Braziliyalı futbolçunun keçidi “Milan”a 15 milyon avroya başa gəlib.
Peşəkar karyerasına vətənində başlayan Emerson 2019-cu ildə “Barselona”ya transfer olunub. 2 ildən sonra onu “Tottemhem” heyətinə qatıb. Müdafiəçi London klubunun heyətində keçirdiyi 101 matçda 4 qol vurub və 2 məhsuldar ötürmənin müəllifi olub.