Musa “Milan”a qoşuldu

7.08.2023 22:15 201
Dünya futbolu
Yunus Musanın “Milan”a gözlənilən keçidi rəsmiləşib. İtaliya klubu “Valensiya”nın oyunçusunu transfer edib.

“Football-plus.az” xəbər verir ki, klubun rəsmi saytının yaydığı xəbərə görə, amerikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün 25 milyon avro təzminat ödəyib.

Xatırladaq ki, Musa “Valensiya”da 2019-cu ildən çıxış edirdi. O, bu komandada keçirdiyi 108 matçda 5 qol vurub.