“Mançester Yunayted”də qaldı

29.01.2024 14:11 184
Dünya futbolu
Aaron Van-Bissaka “Mançester Yunayted”də qalıb.

İngiltərə klubu onu “İnter”ə satmamaq qərarına gəlib. İtaliya klubu MY-yə oyunçu mübadiləsi variantını təklif edib. Ancaq britaniyalılar 26 yaşlı futbolçunu komandadan buraxmamaq qərarına gəliblər.

Aaron bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və 2 məhsuldar ötürmə edib.