London klubunu tərk etdi

18.06.2024 14:27 341
Dünya futbolu
Tanqi Ndombele “Tottenhem”i tərk edib.

London klubunun rəsmi saytının yaydığı xəbərə görə, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Ndombele 2019-cu ilin yayında rekord məbləğə - 62 milyon avroya “Lion”dan paytaxt təmsilçisinə transfer olunmuşdu. O, son 5 ildə komandanın heyətində 91 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.