"Əsas məqsədim hər oyundan qalib ayrılmaq və qrup mərhələsinə vəsiqə qazanmaqdı" - Pavol Şafranko

14.08.2024 18:32 332
Aktual / Konfrans Liqası
"Sabah" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Sent Patriks"i qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın futbolçusu oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Komandadaxili ab-hava necədi? Özünü matça kökləyə bilmisənmi?
- Hər kəsi salamlayıram. Kollektivimizdə atmosfer çox yaxşıdı. Bu dəfə istirahət etməyə çox vaxtımız olub. Azarkeşlərimizlə birgə klubumuz üçün ən yaxşısını etməyə çalışacağıq.

- Avrokuboklarla və çempionatla bağlı şəxsi hədəfin nədi?
- Əsas məqsədim hər oyundan qalib ayrılmaq və qrup mərhələsinə vəsiqə qazanmaqdı. Əlbəttə, belə olsa, fantastik hadisə yaşanar. Çempionatda da hər komandanı məğlub etmək istəyirik.

KƏNAN BAHADIR