“İrəvan” ssenarasi təkrarlansa, pley-offa ehtiyac olmayacaq - RƏSMİ

14.08.2024 18:06 346
Ölkə futbolu / Manşet
1-ci liqada yeni mövsüm sentyabrın 11-də, 2-ci liqada isə 1-də start götürəcək.

“Futbol ili”nin sonunda hər iki çempionatın axırıncı pillədə qərarlaşan komandaları “aşağı” düşəcək. Bəs ötən mövsüm olduğu kimi, bu dəfə də hansısa komanda yarışdan kənarlaşdırılsa, durum necə tənzimlənəcək?

“Football-plus.az”ın məlumatına görə, PFL-in prezidenti vəzifəsinin müvəqqəti icraçısı Elgiz Abbasov məsələyə aydınlıq gətirib:
“Bu dəfə pley-off oyunlarına ehtiyac olmayacaq. Məsələn, 1-ci liqanı iki komanda tərk etsə, 2-ci liqada lisenziya tələblərinə uyğun və mövsümü ən yüksək pillədə bitirən kollektiv 1-ci liqaya yüksələcək”.


KƏNAN BAHADIR