“Şəfa” yenidən 2-ci liqada

17.07.2024 23:34 443
II liqa / Manşet
Bilindiyi kimi, ötən mövsümü 13-cü pillədə tamamlayan “Şəfa” pley-off oyunlarında “Hypers”ə uduzaraq 2-ci liqanı tərk etmişdi.

Lakin “İrəvan”nın AFFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılması 2-ci liqadakı komanda sayında problem yaratdı. Bu üzdən də boş qalan yeri doldurmaq üçün Region Liqasındakı bir sıra komandalar Peşəkar Futbol Liqasına (PFL) müraciət etmişdi.

“Football-plus.az” xəbər verir ki, həmin komandalardan biri də “My Group Holding”in gəlişindən sonra köklü dəyişikliklər edən “Şəfa” idi. Klubun idman direktoru Elvin Ələsgərov sosial şəbəkə hesabında paylaşım edərək komanda yenidən 2-ci liqaya döndüyünə görə “Şəfa” ailəsini təbrik edib.

KAMAL SƏFƏR