"Football-plus.az" xəbər verir ki, bu sözləri PFL-in prezidenti vəzifəsinin müvəqqəti icraçısı Elgiz Abbasov deyib. Qurum rəsmisi ev oyununu sözügedən idman qurğusunda keçirmək niyyətində olan kollektivlərə çağırış edib:
"Konkret ad çəkmək istəmirəm. Amma ev oyunlarını Binə qəsəbə stadionunda keçirmək istəyən komandalar başqa alternativlər düşünməlidi. Çünki idman qurğusunun təmir-bərpasıyla bağlı görülən işlərin təxminən sentyabrın axırı və ya oktyabrın əvvəlində sona çatacağı gözlənilir".
Qeyd edək ki, ötən mövsüm 1-ci liqa təmsilçisi MOİK ev oyunlarını Binə qəsəbə stadionunda keçirib. Görünür, yeni "futbol ili"ndə həmin idman qurğusundan yararlanmaq istəyən komandaların sayı daha çoxdu.
KƏNAN BAHADIR




