Görəsən, eyni sistemin 1-ci liqada da tətbiq edilməsinə mane olan amillər hansılardı?
"Football-plus.az"ın məlumatına görə, PFL-in prezidenti vəzifəsinin müvəqqəti icraçısı Elgiz Abbasov məsələyə aydınlıq gətirib:
"Təəssüf ki, 1-ci liqa təmsilçilərinin əksəriyyətinin əlavə maliyyə mənbəyi yoxdu. Əlbəttə, biz də bu çempionatın 4 dövrədən ibarət olmasını daha məqsədəuyğun sayırıq. Lakin daha çox oyun daha böyük maliyyə gücü tələb edir. Belədə klubların xərci artır. PFL olaraq, ümumi durumu nəzərə alıb üçdövrəli sistemin daha məqbul olacağını düşünürük. Burda hansısa ədalətsizlikdən də söhbət getmir. Onsuz da rəqiblər püşklə müəyyənləşir".
KƏNAN BAHADIR




