Səfərdə 1:1 hesablı heç-heçə ilə qayıdan “qartallar” bu dəfə “doğma divarlar” arasında mərhələ adlamaq istəyindədi. Xorvatiya klubunun aparıcı oyunçularından biri də erməni Styopa Mkrtçyandı. Onun Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur. Görəsən, Styopa Bakıya gələcəkmi? Bu sualı “Zirə”nin meneceri Elman Himayətoğluna ünvanladıq:
“Çox güman, Mkrtçyan Bakıya gələcək. Çünki “Osiyek” bir müddət əvvəl Azərbaycanın Xorvatiyadakı səfirliyinə rəsmi müraciət edib. Sadəcə, rəsmi icazə gözlənilir. İcazə veriləcəyi halda gələcək”.
RÖYANƏ OĞUZ






