2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Football-plus.az xəbər verir ki, Portuqaliyanın "Sportinq" (Lissabon) komandasının yetirməsi, son mövsümü "Nasional"da keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.
Filipe Çabi karyerası boyunca yetirməsi olduğu "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.