Bornmutdan Londona yollanacaq

12.08.2024 11:34 267
Dünya futbolu
Dominik Solanke tezliklə klubunu dəyişəcək.

TMW-nin yaydığı xəbərə görə, o, Bornmutdan Londona yollanacaq. Eyniadlı şəhəri təmsil edən klubun ingilis hücumçunu “Tottenhem”ə satacağı qeyd edilib. Klubların keçidlə bağlı prinsipial razılığa gəldiyi və transferin paytaxt təmsilçisinə 70 milyon avroya başa gələcəyi də bildirilib.

Dominik “Bornmut”da 2019-cu ildən çıxış edir. O, indiyədək bu komandada keçirdiyi 191 oyunda 69 qol vurub.