Qız evində toydu, oğlan evinin xəbəri yox...

9.08.2024 17:56 2 343
Ölkə futbolu / Manşet
Təkcə “Qarabağ”ın “Ludoqorets”lə oyunu gündəm olmadı. Qana millisinin hücumçusu Emmanuel Boatenqin Ağdam klubuna keçidi də hər kəsin diqqət mərkəzindədi. Bir sıra internet resurslarında, həmçinin futbolçunun “vikipediya”dakı səhifəsində hazırkı klubu kimi “Qarabağ” göstərilir.

Bəs “köhlən atlar”ın Boetenqlə danışıqlar apardığı realdımı?

Dəqiq məlumat almaq üçün Ağdam klubunun baş meneceri Asif Əsgərova sual ünvanladıq. Onun “Football-plus.az”a cavabı isə belə oldu:

“Elə şey yoxdu. Həqiqəti əks etdirmir”.

Qeyd edək ki, 28 yaşlı hücumçu karyerası ərzində “Riu Ave”, “Moreyrense”, “Levante”, “Dalyan” kimi klublarda oynayıb. 2022-ci ildə yenidən qayıtdığı “Riu Ave”dən bu yay azad agent kimi ayrılıb.

RÖYANƏ OĞUZ