"Qarabağ" Avstriyada hazırlığı davam etdirir.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar" bu gün ilk yoxlama görüşünü keçirəcək. Ağdam təmsilçisinin rəqibi "Ferentsvaroş" olacaq.
"Qarabağ" bir yandan da transfer çalımalarını davam etdirir. "Köhlən atlar"ın alınmayan danışıqları da var. Bunlardan biri Yhonder Kadisdi. 27 yaşlı venesuelalı ilə danışıqlar baş tutmayıb.
Qeyd edək ki, "Qarabağ" yay "transfer pəncərə"sində 2 keçidi həll edib. Bunlar Hamidu Keyta və Vieyra Juninyodu.
İLKİN SULTANLI