ABŞ klubu ilə razılığa gəldi

9.08.2024 15:16 338
Dünya futbolu
Marko Roys ilə bağlı növbəti xəbər yayılıb.

Dortmund “Borussiya”sından ayrılan yarımmüdafiəçinin ABŞ-də qərar tutacağı xəbər verilib. Onun xidmətində “Los Anceles Qalaksi” maraqlıdı. Bu klubunun artıq almaniyalı futbolçu ilə anlaşdığı xəbər verilib. Bəzi mənbələr Roysun los anceleslilərlə razılaşdırdığı müqavilənin “1,5+1 il” sxemi üzrə olduğunu qeyd edib.

Xatırladaq ki, Marko karyerasının son 12 ilini “Borussiya”da keçirib. O, son mövsümün gedişində Almaniya klubu ilə müqaviləsini yeniləməmək qərarına gəlmişdi.