Dortmunddan Los Ancelesə yollanacaq

19.07.2024 14:14 310
Dünya futbolu
Marko Roysun yeni klubu məlum olub.

Məşhur insayder Fabritsio Romano almaniyalı yarımmüdafiəçinin ABŞ-nin “Los Anceles Qalaksi” klubu ilə razılığa gəldiyini bildirib. Dortmund “Borussiya”sından ayrılan 35 yaşlı futbolçunun tezliklə MLS təmsilçisinə keçəcəyi gözlənilir.

2012-ci ildən “Borussiya”da çıxış edən Marko Dortmund klubundan iyunun sonunda ayrılıb. O, bu klubla 2 dəfə Almaniya kubokunu, 2 dəfə isə Almaniya superkubokunu qazanıb.