Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roysun taleyinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi onu komandada saxlamaq istəyir. Roys özü də buna razıdı. Futbolçu ilə 1 illik müqavilə imzalanacağı gözlənilir. Lakin almaniyalı maaşında 5 milyonluq itkiyə razılaşmalı olacaq. Onun məvacibi 12 milyon avrodan 7 milyon avroya qədər azalacaq.