“Qarabağ” avrokuboklardakı növbəti inamlı qələbə ilə statistikasını bir qədər də yaxşılaşdırdı.
Ağdam klubu tarixindəki 67-ci, səfərdəki 31-ci qələbəsini qazandı. Bu həm də qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasındakı 22-ci qələbədi.
Daha bir önəmli məqam “Qarabağ”ın qitə kuboklarındakı bombardirlər siyahısının yenilənməsidi. Həm Olavio Juninyo, həm də Toral Bayramov qol hesabını artırdı. Son iki ildə 7-ci qolunu vuran braziliyalı artıq bombardirlər cədvəlində 5-ci pilləyə şərikdi. Daha bir qol onu hazırda 8 qolla 4-5-ci yerləri bölüşən Riçard Almeyda ilə Dani Kintananın sırasına qatacaq. Dünən avrokuboklardakı 5-ci qolunu vuran Toral isə 13-20-ci yerləri bölüşür.
ORXAN