Juninyo “Qarabağ”da məşqlərə başladı

28.06.2023 14:12 371
Ölkə futbolu
“Qarabağ”ın yeni transferi Juninyo komandanın Avstriyada keçirilən təlim-məşq toplanışına qoşulub.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçu bu gün fiziki hazırlıqda iştirak edib.

Qeyd edək ki, “Qarabağ" bugünlərdə Portuqaliya "Çaves"indən Olavia Viera dos Santos Juniorun (Juninyo) transferini rəsmiləşdirib. Onunla 3 illik müqavilə imzalanıb.