Elitaya dönən “Şamaxı” çempionatın ilk turunda “Sabah”la qarşılaşdı.
“Football-plus.az” xatırladır ki, oyunun Şamaxıda keçirilməsi nəzərdə tutulsa da, Konfrans Liqasında mübarizə aparan “Sabah”ın xahişi ilə yeri dəyişdirildi. Birinci turda səfərdə oynamalı olan bölgə təmsilçisi əsas azarkeş qrupu “Sektor-56”nın dəstəyindən məhrum oldu. “Sektor-56” komanda yenidən premyer-liqaya döncəyi halda boykotu dayandıracağını bildirmişdi. Fanklub hətta 1-ci liqada çempionluq yolunda “Qaradağ Lökbatan”la önəmli səfər matçında da tribunadakı yerini almışdı. Görəsən, indi dəyişən nədi? Yəni klubla “Sektor-56” arasındakı buzlar hələ də əriməyib? Fanklubun rəhbəri Loğman Məlikli ilə danışdıq: