Superkubokda tarixinin ən ağır məğlubiyyətlərindən biri ilə üzləşən “Qalatasaray” dərhal transferə yönəldi. İstanbul nəhəngi heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Belə ki, çempionşip təmsilçisi “Norviç”in yarımmüdafiəçisi Qabriel Sara ilə beşillik müqavilə imzalanıb. Bu transfer “Cim-Bom”a 18 milyon avroya başa gəlib. Amma bu məbləğ ingilislərə 3 il ərzində 9 bərabər hissəyə bölünərək ödəniləcək. 25 yaşlı futbolçunun illik qazancı 2,75 milyon avro təşkil edəcək. Yeri gəlmişkən, Sara klub tarixinin ən bahalı transferinə çevrilib! Əvvəlki rekord 2000-ci ildə 17 milyon avroya transfer edilən Mario Jardelə məxsus idi. Türkiyə futbolu tarixində isə bu, ən bahalı ikinci transferdi. Yalnız Yussef Ən-Nəsiri daha böyük məbləğə Türkiyəyə gəlib. Bir müddət öncə “Fənərbaxça” mərakeşli hücumçunu 19,5 milyon avroya transfer etmişdi. Sara “Qalatasaray”da “20” nömərli forma altında çıxış edəcək.
1999-cu il təvəllüdlü Qabriel Sara “San Paulu”nun yetirməsidi və peşəkar karyerasına da bu klubda start verib. Texnikası və meydanı görmə qabiliyyəti ilə seçilən futbolçu əsasən hücumameyilli yarımmüdafiəçi, yəni oyun qurucusu kimi oynayır. “Sambaçı” 2017-22-ci illərdə şərəfini qoruduğu “San Paulu”da 120 rəsmi oyuna çıxaraq aktivinə 17 qol yazdı.
2022-nin yayında çempionşip təmsilçisi “Norviç” bonuslardan əlavə 10,5 milyon avro ödəyərək onu heyətinə qatdı. Sara 2022/23-də klubun fanatları arasında aparılan sorğuda “Norviç”də mövsümün oyunçusu seçildi. Ötən mövsüm isə analoji sorğuda yalnız Kenni Maklindən geri qalaraq ikinci pilləni tutdu. Braziliyalının İngiltərə karyerası 96 oyun, 21 qol, 17 məhsuldar ötürmə göstəricilərindən ibarət oldu. Müqaviləyə imza atdıqdan sonra ilk açıqlamalarını “Qalatasaray TV”yə verən Sara bunları deyib: