“Zirə”dən ayrılan futbolçu “Turan Tovuz”a keçib

11.08.2023 15:59 204
Ölkə futbolu
“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə bağlanılıb.

Qeyd edək ki, Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.