"Trabzonspor" sabiq futbolçusunu qaytardı

6.08.2024 08:37 328
Dünya futbolu
“Trabzonspor” sabiq futbolçusu və Türkiyə yığmasının üzvü Okay Yokuşlunu transfer edib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi daha öncə 2015-18-ci illərdə “Trabzonspor”da top qovmuş və daha sonra 6 milyon avroya “Selta”ya transfer olunmuşdu. Okay son mövsümü çempionşip təmsilçisi “Vest Bromviç”də keçirmiş və 48 rəsmi oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənmişdi.

Bu transfer trabzonlulara 1,65 milyon avroya başa gəlib. Okay ilə “3+1” illik müqavilə imzalanıb. Yokuşlu Türkiyə yığması ilə son AÇ-də iştirak etmişdi.