Osimhenin şərti var

5.08.2024 23:32 343
Dünya futbolu
Viktor Osimhenin növbəti mövsümə harda başlayacağı hələ də məlum deyil.

“Football-plus.az” xəbər verir ki, onun bir sıra klubların hədəfində olduğu çoxdan bəllidi. Nigeriyalını sıralarında görmək istəyən “Çelsi” “Napoli”yə birillik icarə ilə bağlı təklif irəli sürüb. Lakin Viktor bu varianta razılaşmayıb. Futbolçu İngiltərə klubuna daimi əsasda keçmək istəyir. Ancaq “Çelsi” neapolluların tələb etdiyi böyük məbləğdə (100 milyon avro) təzminatı “maliyyə feyr-pleyi” qaydasına görə ödəməyə hazır deyil.

Osimhen “Napoli”də 2020-ci ildən çıxış edir. O, komandanın 2023-cü ildə İtaliya çempionu olmasında böyük rol oynayıb.