Viktor Osimhenin mövsümün sonunda klubunu dəyişmək ehtimalı durmadan artır.
"Football-plus.az" xəbər verir ki, nigeriyalı hücumçunun karyerasını İngiltərədə davam etdirmək şansı çoxdu.
Osimhenin “MoArsenal86” portalının yaydığı xəbərə görə, “Arsenal” onun üçün fantastik təklif hazırlayıb. London klubunun “Napoli”yə təxminən 120-130 milyon avro ödəməyə hazır olduğu iddia edilir. Maraqlıdı ki, bu transferin futbolçuların yerdəyişməsi ilə də reallaşa bilər. Belə ki, neapollular londonluların braziliyalı hücumçusu Qabriel Jezus ilə ciddi maraqlanırlar. Osimhenin qiyməti çox baha olduğundan İngiltərə klubunun Qabriel Jezusu İtaliyaya göndərməkdən başqa qarşı tərəfə sonradan razılaşdırıla biləcək məbləğdə təzminat ödəməsi qaçılmaz olacaq.
Viktor ötən mövsüm “Napoli”nin 33 ildən sonra ilk dəfə İtaliya çempionu olmasında böyük rol oynayıb. A seriyasında 26 qolla ən yaxşı bombardir olan nigeriyalı bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edən Osimhen 8 qol vurub və 3 məhsuldar ötürmə edib.