"Qəbələ" Misli premyer-liqasının 9-cu turunda Şamaxı şəhər stadionunda "Araz-Naxçıvan"ı məğlub etdi - 2:1.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Hər iki komanda üçün çətin oyun oldu. Qələbə çox vacib idi. Bu gün qalib gəldik. Dayanmaq olmaz. Qarşıdakı matçlarda da qələbə qazanmaq lazımdı. Zamanla daha yaxşı olacağıq.
- Komandanız daha çox müdafiəyəmeyilli oynayırdı. Bunun səbəbi nədi?
- Hər oyunun öz taktikası olur. Vəziyyətə uyğun qərar vermək lazımdı. Bu gün ilk qolu biz vurduq. "Araz-Naxçıvan"ın keyfiyyətli oyunçuları var. Onlar bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunda razı qaldığım və qalmadığım məqamlar var.
- Komandanı siz yığmamısız. Futbolçuların keyfiyyəti barədə fikriniz necədi?
- Bəli, oyunçuları mən seçməmişəm. Hamısı keyfiyyətli futbolçulardı. Biz sadəcə oyun üslubunu dəyişdik. Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdı.
- Bu futbolçuların potensialı sizin istədiyiniz oyunu oynamağa imkan verir?
- Hamısının potensialı yaxşıdı. Bəzi oyunçular komandaya gec qatıldıqları üçün formada deyillər. Günü-gündən daha yaxşı olacağıq.
- "Şkendiya"da çalışdığınız vaxtda "Qarabağ"a məğlub olmusuz. Növbəti turda onlarla qarşılaşacaqsız. Sizin üçün xüsusi oyun olacaq?
- Öncə onu deyim ki, ölkənizi çox sevirəm. Azərbaycan premyer-liqasının səviyyəsi yüksəkdi. Burda güclü komandalar çoxdu. "Qarabağ" yaxşı komandadı, baş məşqçiləri uzun müddətdi orda çalışır. Ölkənin ən yaxşı mütəxəssislərindən sayılır. Amma onu deyim ki, "Qarabağ"ın ötənilki heyəti daha güclü idi.
"Qarabağ"ın ötənilki heyəti daha güclü idi" - Yeton Bekiri
Ölkə futbolu / Manşet





