“Milan”dan ayrılan Stefano Pyoli hələ də özünə yeni iş yeri tapa bilməyib.
“Football-plus.az” xəbər verir ki, İtaliyalı məşqçi Fransaya yollana bilər. Bu ölkənin mediası “Renn”i çalışdıran Jülyen Stefanın tezliklə istefaya göndərilə biləcəyini xəbər verir. Klub rəhbərliyi məhz Pyolini baş məşqçi təyin etməyi planlaşdırır.
Qeyd edək ki, “Renn”in idman direktoru Frederik Massara bir müddət əvvəl “Milan”da Pyoli ilə birgə işləyib. 58 yaşlı mütəxəssis bu komandanı 2019-24-cü illərdə çalışdırıb və 2022-ci ildə İtaliya çempionluğuna daşıyıb.