“Milan”da bu yay ciddi dəyişikliklər baş verə bilər. Bunun komanda növbəti mövsüm üçün Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməyəcəyi halda qaçılmaz olacağı vurğulanır.
"Football-plus.az" xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, qarşıdakı bir neçə matç baş məşqçi Stefano Pyoli və texniki direktor Paolo Maldininin gələcəyi üçün həlledici ola bilər. Qeyd edək ki, ÇL-ə vəsiqə qazanmaması halında klubun üzləşəcəyi itki azı 50 milyon avroya bərabər olacaq. Komanda mövsümün sonunda A seriyasını ilk “4-lük”də başa vura bilməsə, Pyoli və Maldini vəzifəsindən azad ediləcək. 2022-ci ilin iyununda onlarla müqavilələr yenilənmiş, komandanın yenidən qurulması baş məşqçi ilə texniki direktora həvalə edilmişdi. Lakin “Milan”ın sahibi olan “RedBird Capital” sərmayə şirkətinin rəhbərliyi ötən yay komandaya qoşulan futbolçuların heç birinin ümidləri doğrulda biməməsindən çox məyus olub.
“Milan” hazırda A seriyasında 61 xalla 5-ci yerdədi. İtaliyanın son çempionu 4-cü yerdəki “Latsio”dan 4 xal geri qalır.