“Renn”in baş məşqçi vəzifəsində dəyişiklik olub.
"Football-plus.az" xəbər verir ki, Bruno Jenezio istefaya yollanmaq qərarına gəlib.
Fransa KİV-i onun hələ bir neçə gün əvvəl rəhbərliyə qərarını bildirdiyini xəbər verib. Jenezionun istirahətə ehtiyac duyduğu və ailəsinə daha yaxın olmaq istədiyi məlum olub. 57 yaşlı mütəxəssis “Renn”i 2021-ci ilin martından çalışdırırdı. Komanda hazırda Liqa 1-də 12 oyuna 12 xalla 13-cü yeri tutur.
Artıq Jenezionun xələfi məlumdu. “Renn”i bundan sonra Jülyen Stefan çalışdıracaq. Onunla bağlanan müqavilənin detalları hələ ki açıqlanmayıb. Stefanın 2018-21-ci illərdə başçılıq etdiyi komandaya qayıtdığını bildirək.