Stefano Pyoli iki həftədən sonra “Milan”ın baş məşqçi vəzifəsindən istefaya göndərilə bilər.
“Football-plus.az” xəbər verir ki, “La Repubblica” qəzetinin yaydığı məlumata görə, komanda Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandıracağı halda, təcrübəli mütəxəssis işdən azad edilə bilər. Bu turnirdəki uğursuzluq İtaliya klubunun büdcəsinə ciddi zərbə vuracaq. Belə ki, “Milan” ÇL-də mübarizəni erkən dayandırarsa, təxminən 160 milyon avroluq gəlirdən məhrum olacaq.
Pyolinin komandası qrup mərhələsinin 5-ci turundan sonra F qrupunda 5 xalla sonuncu yeri tutur. “Borussiya” (Dortmund) 10 xalla 1-ci, PSJ 7 xalla 2-ci, “Nyukasl” isə 5 xalla 3-cü yerdədi.