Xulian Alvaresin bu yay “Mançester Siti”dən ayrılmaq ehtimalı getdikcə artır.
“Football-plus.az” xəbər verir ki, PSJ argentinalı hücumçu üçün İngiltərə klubuna rəsmi təklif göndərib. “TyC Sport”un məlumatına görə, artıq tərəflər arasında danışıqlar başlyıb. PSJ-nin Alvaresi transfer etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Alvares Parisdə keçirilən Olimpiadada Argentina yığmasının heyətində çıxış edib. Onun komandası 1/4 finalda Fransaya uduzub (0:1). Dünya çempionu ötən mövsüm bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub və 13 məhsuldar ötürmə edib. 24 yaşlı futbolçunun MS ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.