"Qarabağ"ın pley-offdakı potensial rəqibi bəlli olur

5.08.2024 10:49 340
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.

Tədbir Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.

"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.